20 Yanvar faciəsi o zamankı Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali kütləvi qətlə yetirildi.
Faicəyə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi.
Bu gün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır.
İşğaldan azad olunan ərazilərdə artıq 70 minə yaxın vətəndaşımız yaşayır və çalışır. Bu ilin sonunadək 150 mindən çox vətəndaşımız Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq yaşaycaq və işləyəcək. Bu müstəqil və güclü Azərbaycanın qazandığı zəfərdir. 30 il işğal altında qalan və tamamilə dağıdılan torpaqlarımız indi bərpa olunur və yenidən qurulur. Qarabağ Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevrilməkdədir.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və can sağlığı diləyirik.
Millət vəkili Vüqar Bayramov
visiontv.az