Ermənistan Müdafiə Nazirliyi qəribə açıqlama: “Havaya açılan atəş”
28.03.2025

Nazirliyin bəyanatında yazılıb ki, ara-sıra “havaya açılan atəşləri” atəşkəsin pozulması kimi qiymətləndirmir və bu guya təhlükə yaratmır.

Bu bəyanatı belə də oxumaq olar: “Ermənistan hərbçiləri əmrə tabe olmayaraq ara-sıra havaya atəş açırlarsa, bu atəşkəsin pozulması demək deyil”. Kim zəmanət verə bilər ki, “havaya açılan atəş” Azərbaycan mövqelərinə tuşlanmır? Əslində Ermənistan Müdafiə Nazirliyinin yeni bəyanatı “atəşkəs pozulmur” bəyanatının inkarıdır. Belə çıxır ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki hərbçilərinə nəzarət edə bilmir. Bunu baş nazir Nikol Paşinyan da bir neçə gün əvvəl “Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” ifadəsi ilə etiraf etmişdi.

Elxan Şahinoğlu

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8