Rusiya Ermənistan arasında razılaşmaya əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunu İran Ermənistan sərhəddindən çıxarılacaq. Bununla da Ermənistan Azərbaycan və İranla sərhədlərinə özü nəzarət edəcək.
Türkiyə ilə Ermənistan arasında sərhədləri Rusiya sərhədçiləri mühafizə edir. Qeyd edim ki, Ermənistan və Türkiyə arasında siyasi-diplomatik əlaqələr bərpa edəndən sonra rəsmi Yerevan Türkiyə ilə sərhəddən də Rusiya hərbiçiləri çıxarılacaq. Təbii ki, bu Azərbaycanla tam sülh müqaviləsi bağlandıqdan sonra mümkün olacaq.
Zəngəzurdan Rusiya sərhədçilərinin çıxarılması "Zəngəzur" dəhlizinin açılmasına hesablanıb. Ermənistan Baş naziri Zəngəzur dəhlizini Rusiyanın nəzarətinə verməyin əleyhinədirr. Rusiya sərhədçilərinin orda olması N. Paşinyani narahat edən əsas məqam idi. Artıq növbəti ildən Zəngəzurda Rusiya hərbiçiləri olmayacaq. Digər, bir məsələ isə, Rusiya sərhədçilərinin İranla sərhəddən çıxarılması ABŞ təlimatı ilə reallaşıb. Burada ABŞ hərbi -kəşfiyyat qrupları yerləşəcək.
Demək olar ki, Azərbaycan və Ermənistanla Zəngəzur dəhlizi ilə bağlı razılaşma var. Tərəflər dəhlizin açılmasını ikitərəfli əsasda yerinə yetiriləcək.
Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini
visiontv.az