Yaxın vaxtlarda Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
"Biz onları (Suriyada yeni administrasiyanı) tək qoymayacağıq. Xarici işlər nazirimiz də tezliklə ora gedəcək. Onlar birlikdə yeni struktur quracaqlar”, - Ərdoğan qeyd edib.