Əli Xameneinin vida mərasimi ilə əlaqədar Tehranın Mehrabad aeroportu bağlanacaq
24.06.2026

İranda sabiq Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin vida mərasimi ilə əlaqədar bəzi aeroportların fəaliyyətində məhdudiyyətlər tətbiq ediləcək.

 İran Hava Limanları Şirkəti Tehranın Mehrabad aeroportunun iyulun 3-də və 6-da fəaliyyətini tam dayandıracağını açıqlayıb.

Məlumata görə, Mehrabad hava limanı 4, 5, 7 və 8 iyul tarixlərində məhdud şəkildə fəaliyyət göstərəcək.

Məşhəd Beynəlxalq Hava Limanı isə iyulun 9-da fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, Əli  Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı  Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra  Qum şəhərinə yola salınacaq.

Qum şəhərində  vida mərasimindən sonra  Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid  Əli  Xamenei 28 fevralda  ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba  Xamenei seçilib.

visiontv.az