Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
19.06.2026

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyi təsis edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. 

Eyni zamanda Prezident İlham Əliyev  Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə Sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabineti  Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının  Xarici  İşlər  Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

visiontv.az