Azərbaycanın Ermənistana neft məhsulları göndərməsi və tranzit yüklərin daşınması üzrə məhdudiyyətləri aradan qaldırılması sülh prosesin tərkib hissəsidir.
Paşinyan Azərbaycan neft məhsullarını daşıyan qatarın Ermənistana daxil olmasını paylaşaraq sülhün olduğu mesajını verdi. Artıq Azərbaycanla - Ermənistan arasında dayanıqlı sülhə ehtiyac var.
Demək olar ki, sərhədlərin delimitasiya və demarkasiyası da problemsiz baş tutacaq. Anklav kəndlərlə bağlı məsələlər prinsipcə həllini tapacaq. Ermənistanla Azərbaycan arasında səmərəli və nəticəyönümlü dialoq qurulub. Baş verən proseslər Ermənistanda seçkilər öncəsi N. Paşinyanın mövqeyini gücləndirir.
Siyasi analitik Məhəmməd Əsədullazadə
visiontv.az