Amol həbsxanasında siyasi məhbus öldürülüb
26.06.2026

İranın Mazandaran əyalətinin Amol şəhərinin həbsxanasında saxlanılan siyasi məhbus Tağı Səlimi həyatını itirib.

Bu barədə insan haqları təşkiatları məlumat yayıb.

Tağı Səliminin həbsdən əvvəl heç bir xəstəliyinin olmadığı, həbsxanada verilən işgəncələr nəticəsində həlak olduğu bildirilib.

Onun cari ilin yanvar etirazları zamanı saxlanıldığı qeyd olunub.

Rəsmi dövlət qurumları və həbsxana rəhbərliyi syasi məhbusun ölümünün səbəbləri barədə açıqlama verməyiblər.

visiontv.az