ABŞ Dövlət Departamenti İranda insan haqlarının pozulmasında rol oynadığına görə Qızılhisar zindanına və Tehranın neft ticarəti ilə bağlı daha dörd quruma sanksiya tətbiq edib.
Məlumata görə, ABŞ hökuməti bəyanat yayaraq, neft ticarəti ilə bağlı 6 gəminin dayandırılmasına göstəriş verdiyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, Qızılhisar zindanı insan hüquqlarının pozulmasına, söz azadlığı haqlarını həyata keçirmək istəyən İran vətəndaşlarına qarşı qəddar rəftar və cəzalara görə məsuliyyət daşıyır.
visiontv.az