Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyi bəlli olub.əvvəlcə o, çox ehtiyatla alış-veriş edirmiş - £842 uşaq kitablarına və £140 ətirlərə xərcləyib.
Sonra o, Cartier daş-qaş əşyaları dükanında £181, Miu Miu dizayner geyimlərinə £1,600 və Ferragamo ayaqqabılarına £1,539 ödəyib.
2007-ci ildə o, yenidən Miu Miu dükanına gedib və 25 ədəd American Express kartlarından £10,616 ödəyib.
Bundan sonra 55 yaşlı Zamirə Hacıyeva daha bahalı əşyalar almağa başlayıb.
Harrods-da naməlum əşyalara £66,000, Tom Dixon dizaynerinin əşyalarına isə £17,000 xərcləyib.
Zamirə Hacıyevanın 10 ildə çox pul xərclədiyi əsas Harrods mağazaları
Boucheron daş-qaş dükanı: £3.5 milyon
Cartier daş-qaş dükanı: 1.4milyon
Dennis Basso (ABŞ dəb dizayneri) dükanı: £402,000
Sandwich by Tom - "sendviç" barında: £332,000
Harrods ətir kassaları : £160,000
20 iyun 2008-ci ildə o, £925 funta alt paltarı və corab alır.
Düz 63 dəqiqə sonra o, sevimli dükanı olan Cartier-də £433,389.79 funt sterlinq xərcləyir.
Həmin günün axşamı isə 374 funt sterlinqə "kişi paltarları dizayneri"ndən əşya alır.
Günlər sonra o, Elie Tahari dizaynerindən 8,387 funt sterlinqlik bazarlıq edir və £847 məbləğində ətir alır.
26 iyunda isə lüks saat dükanında üç əşya üçün £17,000 xərcləyir.
Ən maraqlı ödəniş isə 99,000 funt sterlinqdir. Bu məbləğ Disney-in eksklüziv mağazasında Bibbidi Bobbidi Boo kassasında xərclənib.
Kimin üçün olması bəlli olmasa da, Disney dükanında, həmçinin uşaqlar üçün qız və oğlan şahzadə geyimlərinin bir saatlıq istifadəsinə görə £1,000 ödənilib.
Həmin gün o, Boucheron daş-qaşına £160,000 xərcləyib.
O, pulu təkcə özünə xərcləməyib, həmçinin hədiyyə də alıb. Bir dəfə o, kişi əşyaları dükanında hədiyyə bağlaması üçün £1,371 ödəyib.
Beləliklə, Zamirə Hacıyeva 29 sentyabr 2006-cı ildən 14 iyun 2016-cı ilədək Harrods-da 16,309,077.87 funt sterlinq xərcləyib və bu xərclərin 6 milyonu ərinin bankına məxsus 35 kredit kartındən ödənib.
Ümumilikdə isə o, 54 kredit kartından istifadə edib.