Zalujnin istefaya göndərilməsi onun siyasi iddialar ortaya qoymasından irəli gəlir
Zalujnin istefaya göndərilməsi onun siyasi iddialar ortaya qoymasından irəli gəlir
12.02.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Ukrayna Silahlı qüvvələrinin ali baş komandanı Zalujnin istefaya göndərilməsi onun siyasi iddialar ortaya qoymasından irəli gəlir.

Ukrayna qoşunlarının cəbhədə uğurlu əks-hücumlarından sonra Zalujni siyasətə qarışması, siyasi hakimiyyəti tənqid etməsi, Zelenskiyə alternativ kimi göstərilməsi orduda fikir ayrılıqları yaratmışdı.

Quru qoşunlarının komandanı Sırıskinin silahlı qüvvələrin ali baş komandanlığına gətirməsi, ordu ilə siyasi hakimiyyət arasında siyasi problemə son qoyacaq və ordu yalnız öz işi ilə məşğul olacaq.

Prezident V. Zelenski bununla ordunun siyasi hakimiyyətə qarışmasının qarşısinı aldı. İkinci, Getdikcə siyasi nüfuzu artan Zalujnini proseslərdən uzaqlaşdirdi.

Üçüncü, ordunun əks -hucum əməliyyatları bir nəfərin deyil, bir başa siyasi hakimiyyətin qərarı ilə həyata keçiriləcək. Çünki, Zalujni ordunun siyasi qərar vermə səlahiyyətini əlində cəmləşdirmişdi.

Məhəmməd Əsədullazadə

visiontv.az