"Yaddaş" iki şeyin birliyidir, "Yad" özgədir, "Daş" isə sərt bir parça
01.02.2025

"Yaddaş" iki şeyin birliyidir, "Yad" özgədir, sözdür, sözdədir, "Daş" isə sərt bir parça olan "şey" bir yerə gəlib "yaddaş" olurlar. "Yadım" deyə bir də saxladığımız yer var ki, onun adı Hafizədir.

"Yadımda, yadımdan çıxdı" kimi sözlə ağlımıza yazılanlar, bir də "Şey" olaraq ağlımıza yazılanların birliyi "Yaddaş" olurmuş. Dil onun saxlanılan yerinin adını isə Dinindən alaraq mühafizə edilənin "hafizə" olduğunu qəbul edir və "yaddaşın yeri" olaraq "hafizə"ni həyatının içində saxlayır.

Hafizə bir sənətdir, əlifbası var, kitabını Romalılar yazmış, yunanların belə bir dərdi olmadığı üçün bu kitabı zəlzələdən sonra meyidlərin tanınmaz halda Yerlərinə görə tanıdan Şairin belə bir Elmə ehtiyac var düşüncəsi ilə "hafizənin əlifbası" kitabı yazılmış. Adı "Ad Herennium"dir, hafizə üçün dərs kitabıdır. Hafizə sənəti hər kəsin içinə yazılan yazıdır, Yazıdakı əlifba kimi. Hərfləri bilən adam ona deyiləni "yazib və oxuya" bilir. Yazma və oxumanı idarə edən Hərflərdir, hərflər isə izlərdir.

Yaddaşı idarə edən isə hafizəyə yazılan İzlərdir.

Məsələm nədir?

Məsələm yeni dünya düzənində "hafizə"yə yazını kim yazacaq dərdidir.

Çinlilər artıq öz hafizələrini açıq elan etdilər,

"Deepseek" dedilər adına. "Dərin axtarış" adını qoydular. Çinlilərin bütün icadları "Hava üstündədir", havadadır, bu səbəbdən tarixin içinə girə bilmirlər, öz keçmişləri ilə yaşarlar.

"Dərin axtarış" tərcüməsi mənə aiddir,

"Dərin düşüncə", "Dərin kəşf" kimi adlar da verilir. "DEEP" və SEEK" ingiliscə bir Addır,

Bir çinli nədən bu Adla dünyaya çıxsın ki?

Ötən əsrin 70 ci illərində Türkiyə siyasi yazısı "Dərin Dövlət" anlayışını ortaya çıxardı,

2000 lərdən sonra bu Ad bütün siyasi arxa planın Adı olaraq istifadə edilməyə başladı.

Türklər "Politika"nın səhnəsinə yalnız bu anlayışla müdaxilə edə bildi, qalan nə var idisə, Qərbə aid idi. Çinlilər də politika hegemoniyasında yalnız kopya çəkən acılı bir politik keçmiş yaşadı.

"Dərin Dövlət" qurmağa çalışan Türklərə qarşı Çinlilər "Dərin axtarış" havası ilə yenidən keçmişlərinə, hafizələrinə döndülər.

İndi dünyanın ikisi deyil, dünyanın əkizi olanların dünyaya qayıdışıdır,

Türk və Çin "dərinləşmiş hafizə"ləri ilə yeni dünya quruculuğuna keçid edəcəklər.

MeteHanla ayrılan dünyalar yeni düzəndə hafizələrin doldurulması ilə deyil,

Hafizələrinin qayıtması ilə səhnədirlər.

"Hafizə" yaddaşın yığıldığı yerdən əlavə bir də bizə kitabımızın bizə xatırlatdığı "undudan" olduğumuzu bildirən bir çağrışdır.

MeteHanın hərbi bir güc olaraq icad etdiyi "Oxu" Çinliləri elə bir vahiməyə saldı ki, Çinli bir daha yerindən çıxmağa cəsarət etmədi.

Türklər yenidən "Oxu" ilə səhnəyə hazırlığ dönəmindədirlər.

Allah necə də Haqqdır.

İdris Heydərli

visiontv.az



Gündəlik

slide 10 to 13 of 8