Xorasanda hərbçilər mülki şəxsləri güllələdi
13.01.2025

İran hərbçiləri Cənubi Xorasan əyalətinin Nəhbəndan şəhhərində iki müki şəxsi güllələyib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Əmir Mahmudi və Hüseyn Sarani Rad hadisə yerində həlak olublar.

Onlar şəxsi avtomobilləri ilə qurulan posta yaxınlaşdıqları zaman əvvəlcədən xəbərdarlıq edilmədən atəşə tutulublar.

Həlak olanların ailələrinin güllələnmə səbəbi ilə bağlı müraciətlərinə cabav verilməyib.

Qeyd edək ki, 2024-cü ildə hökumət məmurları 484 mülki şəxsi güllələyib və onlardan 163-ü həyatını itirib.

visiontv.az