Washington Post: “İran birbaşa danışmaqdan imtina edərsə, Uitkoff Omana getməyəcək”
10.04.2025

“The Washington Post” qəzeti iki ABŞ hökumət rəsmisinə istinadən xəbər verir ki, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun komandası İranla Oman vasitəsilə birbaşa danışıqları təşviq edən mesajlar göndərib.

Məlumata görə, ABŞ və İran arasında danışıqlar birbaşa aparılmasa, Uitkoff çox güman ki, Omana getməyəcək. Bildirilib ki, Trampın nümayəndəsi rəsmi dəvət alarsa, Tehrana da səfər edəcək.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8