Urmu gölünün qurumasının əsas amlləri
22.11.2024

Urmu gölünün quruması və ekoloji problemin dərinləşməsinin səbəbləri arasında alma bağlarının genişləndirilməsi və gölə axan çayların üzərində qurulan çoxsaylı su bəndləridir.

Bu sözləri ekoloq və ətraf mühit mütəxəssisi Əli Məhəmmədi deyib.

"Qərbi Azərbaycan əyalətinin Urmu gölü su hövzəsinin kənd təsərrüfatı suyunun böyük hissəsi onsuzda alıcısı olmayan alma bağlarının suvarlmasına sərf olunur",- ekoloq bildirib.

O, bununla yanaşı əyalətdə modern suvarma üsulundan istifadə edilməməsinin də gölün qurumasında əhəmiyyətli dərəcədə rol oynadığına diqqət çəkib.

Urmu gölünün qurumasının iqtisadi təsirlərlə yanaşı bölgə əhalisinin səhhətinə də mənfi təsir göstərdiyini deyən Əli Məhəmmədi, gölün qurumuş yatağından qalxan duz fırtınalarının ətraf bölgələrdə yaşayanların miqrasiyası ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, son məlumatlara görə, son mövsimi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyar 170 milyon kubmetrdir.

Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

visiontv.az