ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində deyib ki, “İran ilə danışıqlarda əsas diqqət nüvə proqramı və onun hərbi aspektlərinin yoxlanılmasına istiqamətlənəcək”.
Uitkoffun sözlərinə görə, danışıqlar uranın zənginləşdirilməsi proqramına və silahlaşdırılmasına nəzarətə əsaslanacaq.
O, qeyd edib ki, Tramp Tehranın nüvə bombasına nail ola bilməyəcəyini açıq şəkildə bildirib.
visiontv.az
ABŞ rəsmisi: “Tehran-Vaşinqton danışıqlarının nəticələri milyonlarla insana təsir edəcək”