UEFA səfər qolu qaydasını ləğv edib
24.06.2021

2021/22 mövsümündən səfər qolu qaydası ləğv olunub.

Visiontv.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat verib.

Bildirilib ki, UEFA-nın bütün klub yarışlarında iki matçdakı qolların sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq və orada da tablodakı bərabərlik dəyişməsə, penaltilər seriyasına müraciət olunacaq.