Növbəti illərdə dövlət büdcəsinin imkanları çərçivəsində Şəmkir və Tovuz rayonunda 21,5 min hektar torpaq sahəsinin suvarılması və əhalinin içməli su təchizatı ilə təmin edilməsi üçün ümumi sututumu 115 mln. kubmetr olan su anbarının tikintisinə başlanılması nəzərdə tutulur.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Hesabatda bildirilir ki, "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində Zəyəmçay su anbarının Texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması 2025-ci ildə başa çatdırılacaq.