İranın "Eghtesademoaser" saytı yazır ki, Ermənistan Türkmənistanla razılaşma yolu ilə qaz mənbələrini şaxələndirməyə və Rusiyadan asılılığını azaltmağa çalışır ki, bu da İran vasitəsilə əldə edilə bilər.
Hazırkı geosiyasi kontekst və Tehranla Aşqabad arasında yaxşılaşmış münasibətlər bunu mümkün edə bilər.
Təbii ki, bu planın müzakirəsi ilk dəfə deyil, lakin hələlik İranın Türkmənistanla hazırkı yaxşı münasibətləri həlledici amil ola bilər.
Türkmənistan qazının Ermənistana ötürülməsi ilə bağlı aparılan danışıqların bu dəfə uğurlu olub-olmayacağını zaman göstərəcək. Beynəlxalq vəziyyət və hər iki ölkənin daxili vəziyyəti də dəyişib, ancaq bu, heç nəyə zəmanət vermir.
visiontv.az