Türkiyə hərb sənayesindən mülki sənayeyə keçid etməlidir
17.07.2025

83 il yaşamış Henri Ford (1863-1947) son dərəcə kasıb bir ailədə doğulub. Uşaq yaşlarından texniki avadanlıqlara ciddi maraq göstərib. Anası oğluna həyatının son gününə qədər dəstək verib. Anası öldükdə Henri Ford dərin sarsıntı keçirir. Heç cür özünə gələ bilmir.

Günlərin birində Henri Ford anasının bir fikrini xatırlayır: “Oğlum, nə baş verməsindən asılı olmayaraq içindəki işığın dalınca get”. Və o, yenidən texniki avadanlıqlarla yaxından ilgilənməyə başlayır.

Sonrasını da bilirsiz. O, şəxsi imperiyasını yaradır. Avtomobil istehsalında ağlasığmaz uğurlar əldə edir.

II Dünya Müharibəsi başlayanda isə Amerika hökumətinin istəyi ilə "Ford Motor" şirkəti tank, top və qırıcı təyyarələr istehsal etməyə başlayır.

Bir 1 nəfər şəkili ola bilər

Bəllidir ki, Türkiyənin hərbi sənayesi ağlasığmaz sürətlə inkişaf edir. Bütün dünyanın heyrətdə qaldığı texniki inkişaf sahəsində uğurlar qazanır. Əlbəttə, bunlar çox gözəldir.

Məncə, Türkiyənin hərbi sənayesindən mülki sənayeyə keçid etməlidir. Daha çox mülki əhaliyə lazım olan texniki avadanlıqlar istehsal etməkdə fayda var. Türkiyənin son dərəcə böyük potensialı var. Sadəcə bu potensialı reallaşdırmaq lazımdır.

"Ford Motor" şirkətini bir avtomobil şirkəti idi. Ancaq Amerikaya lazım gəldiyinə görə o, hərbi təyinatlı texnikaların istehsalına başladı və bu sahədə də uğurlar əldə etdi. Türkiyədə isə hərbi sahədən mülki sahəyə keçid etmək lazımdır...

Sizcə, bu ideya nə qədər praktik ola bilər?...

Elbəyi Həsənli

visiontv.az