ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinin elanı və Donald Trampın qələbəsi məlum olduqdan sonra İran pulu yenidən ucuzlaşdı.
Bu barədə Tehran azad bazarındakı mənbələrin yaydığı məlumatda bildirilib.
Məlumata görə, bu gün hər 1 ABŞ dolları 70 min 400 tümənə satılıb.
Bununla yanaşı hər 1 avro 74 min, hər 1 pond isə 94 min tümənə dəyişdirilib.
ABŞ-dakı seçkilərin nəticələrinin elan edilməsindən əvvəl isə Tehranın azad bazarında hər 1 dollar 69 min 750 tümən təşkil edirdi.
Qeyd edək ki, dünya bazarlarnda da dollar digər valyutalara nisbətdə orta hesabla 1,6% möhkəmlənib və Bitcoin 9% artımla 75 min dollar tarixi rekorda çatıb.
visiontv.az