Təbriz prokuroru Babək Məhbub Əlili bölgədə su və torpaq ehtiyatlarını qorumaq və ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün Vərzeqanın Süngün mis mədənində təmizləyici qurğunun tikintisinə dair əmr verildiyini açıqlayıb.
"Bu təmizləyici qurğunun tikintisi təbii sərvətlərin qorunması və arzuolunmaz dəyişikliklərin qarşısının alınması üçün zəruri və həyati tədbirdir. Bu iş sənaye və mineral tullantı sularını tamamilə təmizləməyə və çirkləndiricilərin su və torpaq ehtiyatlarına daxil olmasının qarşısını almağa imkan verəcək." - deyə Babək Məhbub Əlili bildirib.
Qeyd edək ki, 2025-cü ilin favral ayının əvvəllərində Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri Məhəmməd Hüseyn Həsənzadə Süngün mis-mədən kompleksinin ətrafındakı çayların çirklənməsi ilə bağlı xəbərdarlıq etmiş və mədənə tez bir zamanda təmizləyici qurğu tikmək barədə xəbərdarlıq etmişdi.
“Ekoloqların qiymətləndirmələrinə əsasən və lazımi araşdırmalardan sonra biz Paxırçay çayının suyunda ağır metalların konsentrasiyasının artdığını müşahidə etdik və bunun əsasında yaxın 6 ay ərzində qurğuya təmizləyici qurğu tikmək barədə göstəriş vermişik." - deyə Hüseyn Həsənzadə bildirmişdi.
Xatırladaq ki, Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və İranın mis istehsalının 60 faizi bu nəhəng mədəndən əldə edilir. Bu mədəndən əldə edilən gəlir isə İranın mərkəzi hissəsindəki Fars əyalətlərinin inkişafı üçün xərclənir.
Bundan əvvəl Təbrizdən olan keçmiş millət vəkili Əhməd Əlirzabeygi Azərbaycanın Süngün mis mədəninin talan edilməsini etiraf edərək demişdi: “Sünqun mis mədənindən, Azərbaycandan kənara hər gün 2 milyon dollar dəyərində xammal ixrac olunur.”
visiontv.az