Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün əsas devizinin reallaşması üçün nə etmək lazım gəldiyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin oradakı çıxışında açıqlandı.
Xatırladım ki, bu Zirvədə diqqət ilk növbədə türk dünyasının güclənməsi üçün atılacaq addımlara yönəldilib. O addımlardan biri və birincisi isə " dövlət başçımızın bildirdiyi kimi "hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq" olmalıdır.
Mərkəzi Asiyadakı qardaşlarımız gözəl bilirlər ki, bizim torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanla Türkiyənin məhz vurğulanan sahələrdə əməkdaşlığı az rol oynamayıb. Eyni zamanda ikinci Qarabağ savaşından sonra Türkiyə ilə yanaşı Azərbaycan da müdafiə sənayesini təkcə özünün deyil, onların da bir sıra tələblərini təmin edə biləcək səviyyədə gücləndirdiyindən və yaxın gələcəkdə bu yöndə daha böyük uğurların əldə ediləcəyindən də xəbərdardılar. Ona görə də bu Zirvə görüşündən sonra öz təhlükəsizliklərini təmin etmək, eləcə də müdafiə qabiliyyətlərini artırmaq üçün türk dövlətləri arasında hərbi-siyasi və hərbi texniki sahədə inidyədək atılan addımları kölgədə qoyacaq əməkdaşlığa başlanacağı düşüncəsindəyəm. Ukraynada baş verənləri yaxından izləyən türk dövlətləri bundan doğru nəticə çıxarmalı, müdafiə ehtiyaclarını tam da olmasa, böyük həcmdə məhz özlərinin hərbi-sənaye potensialını artırmaq, gəlişdirmək, birgə layihələr reallaşdırmaqla ödəməli, digərlərindən asılılıqlarını mümükün dərəcədə azaltmalıdırlar.
Millət vəkili Sahib Alıyev
visiontv.az