Tanrının varlığına inanmaq və iudaizmə, xristinalığa, islama tapınmaq eyni şey deyil
18.11.2024

Tanrının varlığına inanmaq və iudaizmə, xristinalığa, islama tapınmaq eyni şey deyil. Bu dinlər olmayanda da insanlar tanrının varlığına inanırdılar.

Yaxud bu dinlərin olmadığı indiki Afrika qəbilələrində də tanrının varlığına inanırlar.

Eramızdan əvvəl 1370-ci illərdə Misirdə Aton dininin kahinləri daşlara "Ey tək tanrım, səndən başqa tanrı yoxdur!" yazanda bizim camaat burada cürbəcür bütlər yonurdu.

Tanrı inancı universaldır.

İslama tapınmaq islamın şərtləriylə yaşamaq deməkdir. Atalarımız yeni bir din qəbul edəndə onun tanrısına baxmırdılar, o dinin şərtlərinə baxırdılar. Şərtlər özlərinə uyğun gəlməyəndə rədd edirdilər.

Məsələn, xəzəri xaqanı İnal xan öz xalqına din seçəndə sarayında müsabiqə elan etmişdi. Yəhudi, xristian və islam üləmaları bu müsabiqədə öz dinlərinin şərtləriylə yarışdı. Yəhudi qalib gəldi. Xəzərilər (Səlçuqlar da) bir müddət musəviliyə tapındılar.

Kimsə tanrının varlığına inanır, amma islamın şərtləri ilə yaşamırsa, onun bu dinə dəxli yoxdur.

İslamın mütrüf, çəngi dediyi adamlara sərmayə qoy, sonra da gəl keç məndən yuxarı başa.

Aqşin Yenisey

visiontv.az