Sürgündə olan güneyli fəal cərimə cəzasına məhkum edilib
15.04.2025

Güneyli fəal Bəhnam Şeyxi Əhvaz əyalətinə sürgün cəzasının iki ilini çəkməsinə baxmayaraq, Tehranın Gülüstan məhkəməsi tərəfindən 200 milyon rial (4,761 $) cərimə ödəməyə məhkum edilib.

Bununla bağlı, milli fəalın “Instagram” hesabında paylaşım edilib. Bildirilib ki, guya cərimə cəzası, sürgün yerini tərk etdiyinə görə verilib.

Qryd edək ki, Bəhnam Şeyxi Beynəlxalq Ana Dili Günü Uğrunda Azərbaycan Milli Hərəkatının bir neçə digər fəalı ilə birlikdə 2023-cü ilin mart ayında Baharistan əyalətində həbs saxlanılıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8