Roland Bart foto haqqında yazırdı ki, fotoda bizi özünə cəlb edən orada dondurulmuş taledir, tarixdir, yaşanmışlıq duyğusudur.
Hər fotoda bizə aid nəsə var, hər foto bizə bizdən olan nəyisə xatırladır. O nəsənin adı yaşanmışlıqdır.
Süni zəka isə çəkdiyi fotolardan ilk növbədə bizə aid olanı silir. Yəni fotoda qorunmalı və göstərilməli olan taleyi, tarixi silib atır. Bizə ifadəsiz ölü bir sima təqdim edir. Süni zəka bizə göstərdiyi özünün yaratdığı ölü simayla bizi də öldürür, hissiyyatsızlaşdırır.
Süni zəkanın yaradıcılığı baxıb xatırlamaq üçün deyil, baxıb unutmaq üçündür.
Ona görə heç bir sənət sahəsi əndişələnməməlidir. İnsan tale adlı elə bir zibilə keçib ki, onu heç xudavəndi-aləm də süniləşdirə bilməz.
Aqşin Yenisey
visiontv.az