STATUS: Zağara işləməyi millətə də öyrətdiniz...- jurnalist Jalə Mütəllimova
06.06.2020

Içi mən qarışıq hamı marketlərə hücumu qınadı. Bəli, düz də elədik.

Amma və lakin…

Türkiyədə adambaşına edilən maddi yardımın məbləğinə və məhlələrdə çörək satışının təşkili işinə baxanda adam dəli olur. Axı biz də bunu edə bilərik. Axı bu dövlət kasıb deyil. Niyə təşkilatçılar belə bərbaddır?

Ağlıma yaraşıqlı, sərin kabinetlər gəldi, orda oturan jelebaş, kiməsə kürəkən, oğul, qardaş, qardaş oğlu, bacı əri, quda olanlar, rəngli qalstuklar, brendlər, bahalı ətirlər, ingilis, rus dili bilən məmurlar, məmurələr gəldi... hələ şərab içə-içə özlərini tərifləmələrini də görürəm...

Unudurlar! Alt yapısı olmayan yerdə elit siyasət qurmaq mümkün deyil, yürüməz.

Məhəmədəli kişi, on iki baş ailəsi ilə nəmişlik, qoxan, qaranlıq komasında acından ölürsə, siz burnunuzu tutub o qoxuya min dəfə oyyy, fuu... desəniz də, olmaz. O ac evlər sizin kabusunuzdur. Elit siyasətinizin bir gün, əhli məmur təpənizə dəyməsindən qorxmayın siz hələ, "çiçəklənin" asta-asta...

...Ən vacib detal. Dünənki marketə və çörək sexlərinə hücüm siyasətindən anladım ki, uzun-uzadı aparılan manqurtlaşma siyasətinizin də "yaraşıqlı" bəhrəsi var. Siz dövləti yeyə-yeyə, millətə də yemək, zağara işləmək öyrətdiniz. Indi hərə öz çapında nə tutur, nə tapırsa, basıb yeyir. Kənardan necə eybəcər göründüyünün kimsə fərqində deyil!