Sovet ideologiyası bir kimlik üzərində qurulmuşdu
21.03.2025

Bu kimlik 80-ci illərdə fərqli bir kimlikləşmə dönəminə keçid halında idi.

"Milliləşmə" bu sovet ideologi kimliyinin davam oldu.

Dindən milli kimliyə keçid edən Avropadan fərqli olaraq Bu coğrafiyalarda dərin izlər qoyan modernləşmə "ikili" kimlik içində sıxışdırıldı,

Nə milli, nə də ideologi kimlik yaşanan kimlik olmadı, "arzuların kimliyi" oldu.

Arzu edən isə yaşayan deyildi, arzu edən yaşatmaq arzusu vəd edən "siyasi" kimlik idi.

"Siyasi kimlik" ideologinin təklif etdiyi həyatı yaşamırdı, oynayırdı.

Səhnə və həyat arasında uçrum belə yarandı.

Ukrain Avropanın parçası olmağa çalışan ilk "sovetləşmiş kimlikdir.

Rus isə sovetləşmiş kimliklər içində öz arzusu olmayan divanə kimliyə çevrildi.

Yenisi olmayan, yeri bilinməyən bir sürü "ruslaşdırılmış arzu"lar daşıyan kimliklər harda və necə dayanacaqlarını hələ də seçə bilmirlər.

"Ruslaşdırılmış arzu" rusa aid deyildi, "rus adı altında toplanmış" arzu idi.

"Türk" də belə bir kimlik kimi Türkiyə üçün əsas alınmışdı.

Rus və türk kimliyinin içində "Arzular" ideoloji bir tanımaya dönməyə başladı.

Sovet "rus" kimliyini özünün sahib olduğu çoxluğ kimliklərdən biri kimi Sovet kimliyinin altına qoymuşdusa da,

Türkiyə isə "türk" kimliyi ilə cəmiyyət qurmağı əsas almışdı.

"İranlı" kimliyi isə bu proseslərdə iştirak etmədiyi üçün yalnız Yazıda və siyasətdə "iranlı" qaldı, digər bütün yaşama dönəmlərində öz yerini, "Gözləyən" olaraq qorudu.

İndi yeni dünya yeni kimlikləşməyə keçid dönəmini fərqli təzahürlər içində həll etməyə çalışır,

Yeni İran yeni dünya üçün ən ciddi dərddir,

Bu məkandan çıxacaq kimliklə, bu məkanın seçdiyi siyasi münasibətlər necə olacaq, bilinmir.

Bizim "arzular" dönəmimiz bitib,

Artıq ideologi arzulardan bədən arzularına keçid edən bir kimlik formalaşıb.

Çevrəmizdə gedən ortaqlığ yalnız "bədənə aid arzular"ın bir yerdəliyidir.

"Bədənə aid arzuların" isə ən zirvə nümunəsi Ərəbdir.

"Amerika arzusu" iflasdadır, "Çin arzusu" isə Amerikan arzusunun astarıdır,

"Arzular ölkəsi" axtarışında kim harda öz yerini tapacaq, bilinmir.

Zənginliyin ən şərəflisi arzulardan xilas olmadır, Həzrət Əlinin kəlamıdır.

Arzulardan xilas olan dünyanı gölgələrin gölgəsi kimi görər və aid olduğu yerdə aid olduğu yeri qoruyar.

Bu bayram günündə Arzum varmıdır?

Var, Arzularınızdan xilas olub, Həyatın içində yaşadığımız anların necə incə bir nemət olduğunu anlayıb,

Yaşatmağı yaşayın. Hər kəs yaşatdığlarını yaşar.

İdris Heydərli

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8