Təbrizdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat qüvvələri tərəfindən həbs edilən azərbaycanlı türk fəal Sima Əlipur 400 milyon tümənlik girov müqabilində 2025-cü il martın 18-də sərbəst buraxılıb.
Məlumatlara görə, təhlükəsizlik işçiləri məhkəmə qərarı təqdim etmədən Əlipura təzyiq edərək onun mobil telefonunu və bəzi şəxsi əşyalarını müsadirə edərək onu SEPAH-ın kəşfiyyat qərargahına gəlməyə məcbur ediblər.
Lakin həbsin səbəbləri və həbsdə olarkən təhlükəsizlik qüvvələrinin bu mülki fəalla necə davrandığı barədə ətraflı məlumat hələlik açıqlanmayıb.
visiontv.az