Şərqi Azərbaycan əyaləti İranda qızıl ehtiyatlarına görə üçüncü yerdədir və yaxın gələcəkdə əyaltin qızıl mədənlərinə doqquz yeni mədən sahəsi əlavə olunacaq.
Bu haqda Şərqi Azərbaycanın Sənaye, Mədən və Ticarət Təşkilatı bildirib.
"Bununla yanaşı ölkənin mis ehtiyatlarının 50 faizi də Şərqi Azərbaycanda yerləşir və mədənlərin inkişafı regionda iş yerlərinin yaradılması və iqtisadi rifahda mühüm rol oynaya bilər",- o əlavə edib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində olan qızıl yataqlarını da nəzərə alsaq, iki Azərbaycan əyalətinin qızıl ehtiyatı İranın qızıl ehtiyatlarının əsas hissəsini təşkil edir.
Bununla yanaşı Şərqi Azərbaycan əyaləti mis yataqlarına görə də, Orta Şərqddə birinci yeri tutur.
visiontv.az