Putin 2022-ci ilin fevralında, guya, denasifikasiya və demilitarizasiya aparmaq (nasistlərdən təmizləmək və silahsızlaşdırma) məqsədilə suveren Ukraynaya hücum etdi.
Ancaq bu gün Rusiyanın özü də faşist, nasist dövlət kimi davranır. Moskva polisinin 3 gün öncə qırğız miqrantlara qarşı alçaldıcı və vəhşi davranışı buna əyani misaldır.
Aprelin 11-də Moskvada yerləşən "Bodrost" sağlamlıq-hamam kompleksində Rusiyanın güc strukturları tərəfindən aparılan "oblava" zamanı Qırğızıstan Respublikası vətəndaşlarının kütləvi saxlanılması, döyülməsi, təhqir edilməsi epizodları heç bir qanun çərçivəsinə sığmır.
Rus polisləri qırğız miqrantlarla həqiqətən də ayı kimi rəftar ediblər. Onların irqi-etnik zəmində qırğızların ünvanına səsləndirdikləri təhqiramiz ifadələr bütövlükdə Rusiya cəmiyyətinin ultramillətçiliyə, faşizmə yoluxduğunu göstərir.
Maraqlıdır, Rusiya bu gün "denasifikasiya" adıyla Ukraynada hərbi əməliyyat aparırsa, bəs, Rusiyanın özünü nasizmdən, raşizmdən kim təmizləyəcək?!
Bəybala Mirzəyev
visiontv.az