Ronaldo uşaq vaxtı ona pulsuz yemək verən qızları axtarır
Ronaldo uşaq vaxtı ona pulsuz yemək verən qızları axtarır
06.07.2021 Elbəyi Həsənli Tərəfindən

Kriştiano Ronaldo son müsahibəsində maraqlı bir məsələyə toxunub. O deyib ki, 11-12 yaşım olanda bizim ailənin pulu yox idi. Mən azyaşlı futbolçularla bir yerdə qalırdım.

Ailəmi hər 3 aydan bir görürdüm. Bir uşaq üçün ailəsiz qalmaq çox ağır idi. O vaxtlar azyaşlı futbolçuların bəziləri axşam saat 10-11 radələrində stadionun yaxınlığındakı “McDonads”a gedərdi. Arxa qapını döyüb, soruşardıq ki, kimsə yeməyinin artığını qoyub gedibmi? Orada Edna və daha iki qız işçi çalışırdı. Onlar bizə artıq qalan yeməkləri pulsuz verərdilər.

Sonralar o qızları tapmaq üçün çox çalışdım, nə qədər soraqladım. Ancaq hələ də onları tapa bilməmişəm. Ümid edirəm ki, bu müsahibədən sonra o qızlar üzə çıxacaqlar. Mən onları Turin (İtaliya) və ya Lissabondakı (Portuqaliya) evimə dəvət etmək istəyirəm. Birgə şam etməyimiz yaxşı olardı.

Mən həmin qızları tapmaq, onların yaxşılığına cavab vermək istəyirəm. Mənim üçün bu, çox vacibdir. Mən onların yaxşılığını heç vaxt unutmadım...

Elbəyi Həsənli