Qida şüalandırılması və ya yeməyimizi necə şüayla təmizləyirik?
11.06.2024

İnsanlar üçün faydaları saymaqla bitməyəcək qədər çox olan mikroorqanizmlərin zərərləri də çox ola bilər. Buna əsasən patogen yəni orqanizmdə xəstəlik törədən bakteriyaları misal göstərmək olar.

Biz insanlar sahib olduğumuz elmi texnologiyanı düşmən olaraq gördüyümüz digər canlılara qarşı ustaca istifadə edə bilirik. Bu halda xəstəlik törədən bakteriyaları mübarizə metodlarından biri olaraq qida şüalanması müasir dünyada yayğın tətbiq edilir.

Qida məhsulları xüsusi cihazlarla ionlaşdırıcı şüalanmaya (rentgen, qamma şüalanma) məruz buraxılır. Bu şüalanmanın dozası elə seçilir ki, mikroorqanizmlər məhv edilsə də, qida məhsullarının hüceyrə strukturları dəyişikliyə məruz qalmır. Beləliklə qida məhsulları həm xəstəlik törədici mikroorqanizmlərdən azad edilir, həm də çürümə prosesi zəiflədiyi üçün saxlama müddəti bir xeyli uzadılmış olur.

Neandertal

Neandartal

visiontv.az