Q.Qasımzadənin "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olduğu dövrdə fəaliyyətində maraqlı, nümunəvi epizodlar çoxdur. Biri Rəsul Rzanın "Qızıl gül olmayaydı..." poemasının dərci ilə bağlıdır. R.Rzanın doğum günündə paylaşıram.
“Qızılgül olmayaydı...” poeması göz yaşı içində cürət və mərdanəlik poeziyası ənənəsinə sədaqətin kamil təcəssümüdür. Burada milli şairimiz Mikayıl Müşfiqin yaradıcılığı, ömrünün erkən çağlarında müdrikləşən sənətkarın keşməkeşli taleyinin əlamətdar səhnələri canlandırılır...
Rəsul Rza yaradıcılığının və ümumən altmışıncı illər şeirimizdə epik janrın bu ən yaxşı, tutarlı nümunəsi hələ əlyazması halında ikən vətəndaşlıq cürətinə görə süni və subyektiv maneaələrə rast gəlmiş, çapı ləngimişdi. Yazıldığı vaxtdan beş il sonra ilk dəfə “Ədəbiyyat və İncəsənət” qəzetində dərc olunmuşdu.
O zaman mən həmin redaksiyada işlərkən əhvalatdan xəbər tutub poemanı çap etmək fikrində olduğumuzu Rəsul müəllimə zəng çalıb bildirəndə: “Səndə bu cürət?!” deyə zarafat elədi. “Sizdən öyrənmişik...” dedim. Poema qəzetdə çıxandan sonra “Mənə qonorar-filan lazım deyil” deyən şöhrətli bir şairin uşaq kimi necə sevindiyini xatırlayıram...”
Yada saldı Nəriman Qasımzadə
visiontv.az