Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısı genişlənib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, siyahının Elm və Təhsil Nazirliyi üzrə bölməsinə “Qarabağ Universiteti-fəlsəfə doktoru üzrə” bəndi əlavə edilib.
visiontv.az