"Qarabağ münaqişəsi; başlanğıcdan sonadək"- İranın keçmiş səfiri Möhsün Pakayin həqiqtləri təhrif etdi
26.07.2024

İranın Azərbaycandakı keçmiş səfiri və beynəlxalq münasibətlər üzrə ekspert Möhsün Pakayinin İranda fars dilində "Qarabağ münaqişəsi; başlanğıcdan sonadək" adlı kitabı çapdan çıxıb.

Bu barədə İran mediası məlumat yayıb.

"Fərhənge-Səbz" nəşriyyatının çap etdiyi 196 səhifəlik kitabda Azərbaycan və Qarabağla bağlı həqiqətlər İran rejiminin xeyrinə təhrif olunmuş şəkildə əks etdirilib.

Kitabda İranın Azərbaycana yardımlarından, İran rəsmilərinin Qarabağ münaqişəsinin həlli üçün dəstəyindən bəhs edilir.

Möhsün Pakayin Qarabağ məsələsinin həll olunmasında Əli Xaməneinin mərcəyi təqlid kimi fitvaları və bəyanatlarının əhəmiyyətli rol oynadığını iddia edir.

O, Qarabağ məsələsindən bir neçə dövlətin, xüsusilə İsrailin Cənubi Qafqazda özünə yer etməsi üçün istifadə etdiyini yazır.

30 il Ermənistan işğalı altında qalan torpaqların didərgin düşən yüz minlərlə azərbaycanlı saknlərinin hüquqlarnından bəhs etməyən keçmiş səfir, Qarabağ ermənilərinin hüquqlarının tam şəkildə təmin olunmasının vacibliyini qeyd edir.

Bir sözlə, Möhsün Pakayinin adı çəkilən kitabı tamamilə İranın siyasi-ideolojik maraqlarına uyğun şəkildə tərtib edilib, bir çox həqiqətlər təhrif olunmuş şəkldə qələmə alınıb.

visiontv.az