"Roskosmos"un baş direktoru Yuri Borisov vəzifəsindən azad edilib. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, RF prezidentinin digər fərması ilə "Roskosmos"a Dmitri Bakanov yeni baş direktor təyin edilib.
39 yaşlı Bakanov indiyə qədər Rusiya nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb.