Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib
29.01.2025

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

Visiontv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

slide 2 of 4
slide 1 to 14 of 4


Gündəlik

slide 7 to 10 of 8