Peskov: Tramp administrasiyasının Ukrayna ilə bağlı mövqeyi ziddiyyətlidir
05.06.2026

ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi ziddiyyətlidir.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya müsahibəsində bildirib.

"Ağ evin mövqeyi bir tərəfdən ardıcıl, digər tərəfdən isə beynəlxalq məsələlərdəki hər şey kimi olduqca ziddiyyətlidir", - o qeyd edib.

Onun sözlərinə görə, Vaşinqtonun mövqeyi  ABŞ-nin münaqişədə yalnız Ukraynanı dəstəklədiyini və oraya silah tədarük etdiyini söyləyən  ABŞ dövlət katibi  Marko Rubionun son bəyanatları baxımından ardıcıldır.

"Digər tərəfdən isə, dünya işləri elə qurulub ki, bəyanatlarda və s. olan mühüm ziddiyyətlərə baxmayaraq, konkret əməllər vacibdir. Konkret əməllərdə biz  ABŞ Prezidenti Donald Tramp və onun komandasının bəzi üzvlərinin Ukrayna münaqişəsinin həllinə kömək etmək kimi səmimi istəyini görürük", - D.Peskov bildirib.

O, həmçinin Ermənistanın  Avropa inteqrasiyası məsələsinə toxunaraq qeyd edib ki, bu ölkənin indiki rəhbərliyi Ermənistanı süni şəkildə yolayrıcında qoyub: "Onlar ölkə üçün bir seçim təşkil etməyə hazırlaşır: Avropa istiqamətində, yoxsa  Avrasiya İqtisadi İttifaqı (Aİİ) istiqamətində getmək".

Eyni zamanda, D.Peskov  hesab edir ki, Ermənistan üçün  Aİİ-yə üzvlük daha sərfəlidir.

visiontv.az