Paşinyan ona lazım olan kart-blanşı qazandı - Azər Rəşidoğlu
Paşinyan ona lazım olan kart-blanşı qazandı - Azər Rəşidoğlu
21.06.2021 Azər Rəşidoğlu Tərəfindən

Ən çətin məqamda, müharibədə məğlub olmuş, Qarabağı itirmiş vəziyyətdə seçkiyə getdi və qalib gəldi. Paşinyan Xocalı qatili Köçəryan və Sərkisyana qarşı savaşmırdı, Ermənistan siyasi, hərbi, kəşfiyyat və iqtisadiyyatına nəzarət edən Rusiyaya qarşı mübarizə aparırdı. Apardı və uddu. 1993-cü ildə Elçibəy yeni parlament seçkilərinə getmədi. Paşinyan isə bütün riskləri göz önünə aldı, xalqa söykəndi və bütün MDB məkanına təsir edəcək bir qələbə qazandı.

Ermənilər korrupsioner “Qarabağ klanı”na səs vermədi. Eyni zamanda, ermənilər “tolma naş” şüarını da artıq yemədi. Erməni cəmiyyətənə artıq Qarabağ lazım deyil və erməni KİV-in göz yaşları seçiciyə təsir etmədi. Paşinyan və ona səs verən sadə ermənilər onlara lazım olmayan Qarabağ işğalından vaz keçməyin vacibliyini dərk elədi.

Xalq artıq onlara laızm olmayan ideya uğrunda ölmək istəmir. Xalq revanşistlərə səs vermədi. Millətçi şüarlarla özləri milyardlar qazanıb, sadə insanları ölümə göndərənlərə nifrətini bildirdi. Daha doğrusu, 44 günlük savaşdan ibrət aldı. İndi Paşinyanın qarşısında vəziyyəti gərginləşdirmək istəyən Köçaryan və dəstəsini darmadağın etmək, Türkiyə və Azərbaycanla barışıq imzalamaq missiyası durur.

Visiontv.az