Paşinyan-Makron danışıqları heç bir tərəfə müsbət heç nə vəd etmir - deputat Sahib Alıyev
Paşinyan-Makron danışıqları heç bir tərəfə müsbət heç nə vəd etmir - deputat Sahib Alıyev
02.06.2021 Sahib Alıyev Tərəfindən

Paşinyanla Makron görüşdü. Birincisi onu deyim ki, öz ölkələrinin tarixində daha çox rüsvayçı hərəkətləriylə xatırlanacaq hər iki belə demək mümkünsə, liderin bu görüşləri daha çox Fransa və Ermənistanda keçiriləcək seçkilərə hesablanıb. Açığı elə məhz həmən seçkilərin gedişinə əhəmiyyətli də olmasa, təsirdən başqa Paşinyan-Makron danışıqları heç bir tərəfə müsbət heç nə vəd etmir.

Makron növbəti açıq haypərəst açıqlamasıyla ölkəsinin Minsk qrupuna həmsədrlik etmək haqqının qətiyyən çatmamasıyla bağlı  mövcud rəyi daha da möhkəmlətdi. İslanmışın yağışdan nə qorxusu məntiqindən çıxış etsək, elə düşünmək olar ki, burada Fransanın itirəcəyi heç nə yoxdur. Amma var və bu, Azərbaycanla gələcək əməkdaşlıqda özünü göstərəcək.

Fransanın Ermənistanın yanında regionda peyda olmaq istəyinə gəldikdə bunun mümkünsüzlüyü bəri başdan bəllidir. Birincisi, forpost yiyəsiz deyil, ikincisi, rəsmi Parisin  Qafqazda möhkəmlənməsi üçün nə yetərincə sərt, nə də yumşaq güc potensialı var. Hətta olsa idi belə, Yaxın Şərqdə, Aralıq dənizi regionda baş verənlər göstərdi ki, o potensialdan qətiyyətlə və rasional şəkildə faydalana biləcək rəhbər, elə həm də elita yoxdur.

Düşünürəm ki, Paşinyan da bunun yaxşı fərqindədir və açığı onun Makronla görüşündə daha çox bizim əleyhimizə fikirlər səslənsə də, əslində səfər Azərbaycan-Ermənistan sərhəddində baş verənlərələ bağlı qaldırılan səs-küy kimi ilk növbədə Rusiyaya qarşı demarş xarakteri daşıyır.

Visiontv.az