Paşinyan: 2028-ci ildə Aİ-nin Azərbaycandakı sammitinə qatılacağıma ümid edirəm
04.05.2026

"Bu, Azərbaycan Prezidentinin Ermənistanda keçirilən tədbirdə ilk iştirakı oldu, baxmayaraq ki, bu iştirak videokonfrans formatında baş tutub”.

 Bu barədə Ermənistanın Baş naziri  Nikol Paşinyan İrəvanda  Avropa Siyasi Birliyinin sammitində etdiyi çıxışında deyib.

Eyni zamanda, Ermənistan lideri  Azərbaycana rəsmi səfər etmək istəyini də bildirib.

"Ümid edirəm ki, 2028-ci ildə  Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləndə bu ölkəyə səfər etmək imkanım olacaq”, – o vurğulayıb.

visiontv.az