Vladimir Menşov vəfat edib
05.07.2021

Rusiyalı aktyor və kinorejissor Vladimir Menşov dünyasını dəyişib.

Visiontv.az “bbc.com”a istinadən xəbər verir ki, 82 yaşlı V.Menşov koronavirusdan vəfat edib.

Aktyorun vəfatı ilə bağlı xəbəri çalışdığı “Mosfilm” kinostudiyası yayıb.

Vladimir Menşov 1939-cu ildə Bakıda anadan olub. Bir çox yaddaqalan obrazlar yaradan aktyor karyerası boyunca beynəlxalq mükafatlara layiq görülüb.

“Eşq və göyərçinlər” və "Mitinq" kimi filmlərin rejissorluğunu edib.

Rejissoru olduğu digər ekran işi "Moskva göz yaşlarına inanmır", “Xarici dildə ən yaxşı film” kateqoriyasında qalib olaraq “Oskar”a layiq görülüb.