Onkoloji xəstəliklərin icbari tibbi sığortadan kənarda qalması bizi narahat edir.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Əhliman Əmiraslanov bildirib ki, kadr çatışmazlığı məsələsində də problemlər var: “Amma bunun həlli üçün çalışılır. İcbari tibbi sığorta işləyir. Aparılan sorğulara görə əhalinin icbari tibbi sığortadan məmnunluğu artır. Azərbaycanda təyinat sistemi var. Əvvəl tibbi universitetini bitirəndə təyinar olurdu, indi isə rezidenturada bu təyinat sistemi tətbiq edilir”.