Visiontv.az xəbər verir ki, yaxınları 67 yaşlı generalın Qarabağdakı sarsıdıcı məğlubiyyətin təsiri altında ürək tutmasından keçindiyini yazırlar.
Xatırladaq ki, Astvatsatur Petrosyan Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan torpaqlarına təcavüzdə aktiv iştirak edib. O 1992-ci il mayın 8-də Şuşaya hücumun əsas iştirakçılarından olub. Bundan başqa, 1992-ci ilin yanvarında Ermənistan müdafiə nazirinin müşaviri, 1993-2000-ci illərdə müdafiə nazirinin müavini postlarını tutub. O, Qarabağ döyüşlərindəki iştirakına görə, I dərəcəli “Döyüş Xaçı” ordeni ilə də mükafatlandırılıb.