Ölkədə rəqəmsallaşma dedikdə dövlət qurumlarının ağılına niyə ilk olaraq xidməti portallar və ya mobil tətbiqlər gəlir?
Ölkədə rəqəmsallaşma dedikdə dövlət qurumlarının ağılına niyə ilk olaraq xidməti portallar və ya mobil tətbiqlər gəlir?
12.07.2024 Elvin ABBASOV Tərəfindən

Ölkədə rəqəmsallaşma dedikdə dövlət qurumlarının ağılına ilk olaraq xidməti portallar və ya mobil tətbiqlər yaratmaq gəlir. Halbuki hər rəqəmsal xidmət üçün portal və ya tətbiq yaratmağa ehtiyac yoxdur.

Bir çox xidmət üçün dövlət şlüz yaratmaqla özəl sektora inteqrasiya edib, dövlət-özəl münasibətini möhkəmləndirərək və özəl sektoru dəstəkləyərək gücləndirə bilər.

Ödəmə xidmətləri və ya nəqliyyat ödənişləri üçün ölkəmizdə "ödəmə xidmətləri"ni həyat keçirən yerli şirkətlərimizin rəqəmsal (Mobil tətbiq) məhsullarına inteqrasiya etmək daha səmərəli olar. Həmçinin alternativ olaraq Google Pay (Cüzdan) kimi xidmətlərə qoşulma vətəndaşlar üçün daha optimal variant kimi düşünülə bilər. Bunun üçün qurumun özünün mobil tətbiq yaratmasına ehtiyac yoxdur.

Qurumlar "Rəqəmsal şlüz" yaratsalar, daha səmərəli, eyni zamanda özəl sektor, yəni "Fintex"lər üçün imkanlar yaratmış olarlar.

Məlumdur ki, bu tətbiqlərin yaradılması qədər onların kibertəhlükələrdən qorunması və texniki xidmətin göstərilməsi də vacibdir. Bu, böyük zəhmət və risk yaradır.

Qeyd edim ki "Bakı Metropoliteni" metro keçidlərini artıq yerli bir şirkətin rəqəmsal tətbiqinə inteqrasiya edib. ADY isə keçidlərdə Viza kart üçün fiziki imkan yaradıb. İmkanların artırılması hər bir halda təqdirə layiqdir, amma elə dövrdə yaşayırıq ki, daha çox seçim imkanı olmalıdır.

Bu sahədə market şəbəkələrinin daha çevik olduqlarını deyə bilərəm. Məsələn, Google Pay (Cüzdan) tətbiqinə yerli market şəbəkələrimizin 4-ü inteqrasiya olub.

Lakin təəssüf ki, həmin tətbiqin ictimai nəqliyyat bölməsində Azərbaycana aid ictimai nəqliyyat xidmətini tapmaq olmur.

Digər dövlət xidmətlərinin də bu sahədəki fəaliyyətinə silsilə yazılarla toxunacağam.

Bir bunu deyən yazı "Hediye kartlarını arayın Yakınlarda Yakınlardapopülerolanlar popüler olanlar x A ! Araz Süpermarket Cüzdan'a ekle B Bravo Supermarket GPay B Ödeme kartı Google Pay'in kabul edildiği her yerde ödeme yapın Bazarstore O Oba Market Toplu taşıma kartı Şehir içi toplu taşımada telefonunuzla ödeme yapın Bağlılık Ödüller ve puanlar kazanıp bunları kullanın Hediye çeki Alışverişlerinizde hediye kartıyla ödeme yapın Fotoğraf Barkodlu veya QR kodlu fotoğraf kullanarak kart oluşturun" şəkili ola bilər

İT mütəxəssisi Elvin Abbasov

visiontv.az