“Nə olar ki, dağ Məhəmmədin yanına gəlməz, Məhəmməd dağın yanına gedər” ifadəsi necə yarandı
09.04.2025

İngilis filosofu Frensis Bekon 1597-ci ildə Əxlaqi və Siyasi Oçerkləri” əsərində “Cəsarət haqqında” https://fullreads.com/essay/of-boldness/ 12-ci essesində yazır:

“Məhəmməd (s) söz verdi ki, dağı özünə çağıracaq və zirvəsindən ardıcıllarına dualar oxuyacaq. İnsanlar toplandı; Məhəmməd dağı yanına çağırdı, sonra təkrar-təkrar; dağ yerində qalanda zərrə qədər də kefi pozulmadı və dedi: Dağ Məhəmmədə getməsə, Məhəmməd dağa gedir. Bu insanlar böyük şeylər vəd etdikdə və ən utancverici şəkildə uğursuzluğa düçar olduqları halda, yenə də (əgər üstün cəsarətləri varsa) vəziyyətdən çıxış yolu tapacaqlar və bundan narahat olmayacaqlar.”

Eyni zamanda “Əgər dağ Məhəmmədə gəlməyəcəksə, Məhəmməd dağa getməlidir” atalar sözü Con Reyin 1670-ci ildə ingilis atalar sözləri kitabına daxil edilmişdir. Bax: John Ray's 1670 book of English proverbs https://archive.org/.../bim_early-english-books-1641-1700...)

H.Cavidin “Maral” pyesində Çingiz bəy deyir:”Canım, biz alçaq könüllü peyğəmbərlərdəniz, dağ bizə gəlməzsə, biz dağın ətəyinə gedəriz”.Bax: https://anl.az/el/c/ch_e2.pdf

Hasek Yaroslav “Yaxşı Əsgər Şveyk” https://militera.lib.ru/prose/foreign/hasek/index.html əsərində də yazır: “yazılı əmrlər özləri də koloniyanın başına qaçıb gəlməyəcəklər.Əgər dağ Məhəmmədə gəlməsə,onların arxasınca koloniyanın başçısı özü getməlidir.”

Bəs bu ifadə necə yaranıb? Bekon özü düşünüb bunu yoxsa harasa istinad verib?

“Universal əlavə praktiki izahlı lüğət” http://rus-yaz.niv.ru/doc/dictionary/mostitskiy/index.htm –in tərtibçisi İqor Mostitski bu barədə yazır ki, “Şərqdə çox məşhur olan Molla Nəsrəddin lətifələrindən birində deyilir ki, Molla özünü peyğəmbər kimi qələmə verib, bunu sübut etmək üçün möcüzə olaraq dağı yanına çağırır. Dağ yerindən tərpənmədikdə molla dağa tərəf gedir və deyir: Mən o forslu peyğəmbərlərdən deyiləm, dağ mənim yanıma gəlməz, mən dağın yanına gedərəm”.

İngilis filosofu Frensis Bekon bunu Şərqdə məhşur olan Molla Nəsrəddin lətifələrindən götürüb və orda Hoca Nəsrəddin sözünü götürüb bunu Peyğəmbərin adı ilə verib. O, isə Marko Polonun 1484-cü ildə Vetensiyada latın dilində çap edilən səyahətlərinə aid əsərində Bağdada rast gəldiyi bu ifadəni oxuduğunu qeyd edib.

Hətta Marko Polonun əsərində belə bir ifadə də var: “Əgər palma Xocaya sarı getmirsə, Xoca özü palmaya gedəcək” Bax: “Mixelsonun Böyük izahlı frazeoloji lüğəti”

Bundan sonra bu ifadə həmin şəkildə xüsusilə Avropa (xristian) ölkələrində geniş yayılmışdır.

Qeyd edim ki, 1208-ci ildə anadan olub 1284-cü ildə rəhmətə gedən Xoca Nəsrəddin barədə Bağdad şəhərində 14-cü əsrdə rəvayətlərin olması və Marko Polonun bunu eşitməsi barədə Fiorentini, Gianpaolonun 2004-cü ildə "Nasreddin, una biografia possibile" adlı Torontoda nəşr edilən kitabda da məlumat var. https://web.archive.org/.../psiche/StorieDiNasreddin.htm

Yəni bu ifadə Məhəmməd Peyğəmbər (s) adına uydurulmuş bir faktdır və bu Xoca Nəsdərddin Rumiyə aid ifadədir. Sadəcə Avropada bu ifadənin Peyğəmbər(s) adına isitfadə edilməsi Bekon tərəfindən müsbət kimi qeyd edilməsinə baxmayaraq bəzi radikal xristianlar bunu səhv yozmağa cəhd edirlər.

Zaur Əliyev dosent

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8