Muxtar Babayev İƏİT nümayəndə heyəti ilə iqlim maliyyəsini müzakirə edib
30.04.2024

Ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi komanda heyəti ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

Bildirilib ki, əksər inkişaf etmiş ölkələr kimi, İƏİT-ə üzv dövlətləri iqlim dəyişmələrinə qarşı mübarizədə maliyyə məsələlərini genişləndirməkdə mühüm töhfə verəcəklər.

visiontv.az