Münhen raundunun ümumiləşdirilmiş ifadəsi: Azərbaycan Ermənistanın çox güvəndiyi Avroatlantik diplomtik meydançasında məğlub etdi
Münhen raundunun ümumiləşdirilmiş ifadəsi: Azərbaycan Ermənistanın çox güvəndiyi Avroatlantik diplomtik meydançasında məğlub etdi
20.02.2023 İbrahim Məmmədov Tərəfindən

Politoloq İbrahim Məmmədovun təqdimatında "Həftəyə baxış"

Prezident İlham Əliyevin görüşə verdiyi qiymət belədir:

• Ermənistanın mövqeyində tərəqqi var, amma kifayət deyil;

• Laçın yolundakı vəziyyətə dair Azərbaycanın mövqeyi bütün görüşlərdə anlayışla qarşılandı;

• Ermənistan Azərbaycan sərhəddində Laçın yolunda Ermənistan və Azərbaycanın ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaratması təklif olunub;

• Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu tıkliflər də Avropa və ABŞ tərəfindən məntiqli hesab olunur.

Beləliklə, demək olar ki, Fransanı danışıqlardan uzaqlaşdırılması da daxil olmaqla, bütün məsələlərdə Azərbaycanın mövqeyi anlayışla qarşılanıb. Görünür ki, Azərbaycan Ermənistanı çox güvəndiyi Avropa meydançasında da məğlubiyyətə uğratdı. Prezidentin bu barədə verdiyi müsahibə bütün məsələlər üzrə Azərbaycanın mövqeyinin siyasi təntənəsinin ifadəsi idi.

Prezident İlham Əliyevin həm Zəngəzur dəhlizinin hər iki başında, həm də Laçın yolunda nəzarət-buraxılış məntəqələri yaradılmasına dair təklifləri Ermənistanı çıxılmaz vəziyyətə salıb. Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizi olmayacaqsa, Laçın dəhlizi də olmayacaq” yanaşması artıq beynəlxlaq vasitəçilər tərəfindən qəbul olunur. O hər iki yolda - Laçın və Zəngəzurda-nəzarət-buraxılış məntəqələrinin qurulmasına razılıq verərsə, Qarabağ ermənilərini satmaqda, maneəsiz hərəkətlə bağlı dəhliz variantına razılaşarsa, Zəngəzurda güzəştə getmək ittihamı ilə üzləşəcək. Ermənistanın iddia etdiyi üçüncü variant-Laçın dəhizi nəzarətsiz, Zəngəzur dəhlizi isə nəzarətli olsun, yanaşması isə qəbul olunmur və məntiqsizdir.

 

visiontv.az