Milli fəalların həbs qərarı qüvvədə saxlanıldı
30.04.2024

Şərqi Azərbaycan əyalətinin Apelliyasiya Məhkəməsinin 33-cü bölməsi, ibtidayi məhkəmənin Urmu şəhərindən olan milli fəal Salar Tahir Əfşarın barəsində çıxardığı 8 ay həbs qərarını qüvvədə saxlayıb.

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Bununla yanaşı təbrizdən olan sənətçi, reper Milad Cəlilinin də (Elşən) 6 aylıq həbs qərarı təsdiq edilib.

Onlar "dövlət quruluşu əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək" ittihamı ilə həbs olunublar. 

Qeyd edək ki, təhlükəsizlik məmurları təbrizli sənətçini 28 noyabr 2023-cü ildə həbs ediblər.

O, güneyli milli-mədəni məhbuslarla bağlı oxuduğu və sosial mediada geniş yayılan "Biz susduqca..." adlı mahnısına görə saxlanılıb.

Salar Tahir Əfşar isə cari ilin fevral ayının 6-da təhlükəszilik məmurları tərəfindən Təbriz şəhərində həbs edilib və bir müddət sonra Evin Həbsxanasına köçürülüb.

O, fevralın 28-də 800 milyon tümənlik girov qarşılığında müvəqqəri olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

visiontv.az